MƏLUMAT

Ən çox soruşulan suallar

Online coaching, paket seçimi və sifariş prosesi haqqında aydın cavablar.

Online Coaching nədir?

Məşq, qidalanma və inkişaf prosesinin onlayn kanallar vasitəsilə fərdi planlanması və izlənilməsidir.

Proqram kimlər üçün uyğundur?

Evdə və ya zalda nəzarətli məşq və qidalanma planı ilə irəliləmək istəyən şəxslər üçün uyğundur.

Paketə nələr daxildir?

Fərdi məşq, kardio və qidalanma planı, supplement planlaması, hesabatlar və birbaşa dəstək daxildir.

Evdə məşq edənlər qoşula bilər?

Bəli. Plan mövcud sahənizə, avadanlığınıza və şəxsi məlumatlarınıza uyğun hazırlanır.

Planı necə əldə edirəm?

Hərəkətlər və təlimatlar şəkilli, aydın qeydlərlə hazırlanmış elektron plan şəklində təqdim olunur.

Proqram müddətində dəstək varmı?

Bəli. Coaching müddətində davamlı peşəkar dəstək verilir və ehtiyac olduqda plan yenilənir.

Hansı paketi seçməliyəm?

Hədəfinizə və prosesə ayıra biləcəyiniz müddətə görə 6, 12 və ya 24 həftəlik paket seçə bilərsiniz.

Ödəniş necə təsdiqlənir?

Paket seçib hesab yaratdıqdan sonra ödəniş sübutunu şəxsi kabinetinizdən təhlükəsiz yükləyirsiniz.